HR Manager
İnsan Resursları
📍 Baş ofisTam ştatOfisdən 15 baxış
1000.00 – 1500.00 AZN
Son tarix: 19 sentyabr 2026 · 3 gün qalıb
Təsvir
Şirkətimiz insan resursları sahəsində təcrübəli, komandanı düzgün istiqamətləndirə bilən HR Manager axtarır. Vəzifə sahibi işə qəbul, kadr uçotu, əməkdaş performansı və korporativ mədəniyyətin inkişafı üzrə bütün prosesləri idarə edəcək. Namizəd strateji düşünmə qabiliyyətinə malik olmalı və şirkətin insan kapitalının inkişafına töhfə verməlidir.
Vəzifə Öhdəlikləri
- İşə qəbul prosesini planlaşdırmaq və idarə etmək
- Vakansiyalar üzrə namizəd axtarışı və müsahibələr aparmaq
- Əməkdaşların adaptasiya (onboarding) prosesini təşkil etmək
- Kadr sənədləşməsini və HR sistemlərini aparmaq
- Əməkdaş performansının qiymətləndirilməsi sistemini idarə etmək
- Daxili siyasət və prosedurların hazırlanması və tətbiqi
- Əməkdaş motivasiyası və korporativ mədəniyyətin inkişafı üzrə tədbirlər planlaşdırmaq
- Əmək haqqı və bonus sistemləri üzrə rəhbərliklə əməkdaşlıq etmək
- Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyən etmək
- Əmək qanunvericiliyinə uyğunluğu təmin etmək
Namizədə Dair Tələblər
Təhsil: Ali təhsil (İnsan Resursları İdarəçiliyi, Menecment, Psixologiya və ya əlaqədar sahə üzrə)
İş təcrübəsi: HR sahəsində minimum 3-5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür
Peşəkar bacarıqlar: Əmək qanunvericiliyi biliyi, HR proqram təminatları (HRIS) ilə iş bacarığı, MS Office proqramları, İşə qəbul və müsahibə texnikaları, Performans qiymətləndirmə metodları, İngilis dili biliyi
Şəxsi keyfiyyətlər: Liderlik bacarığı, Ünsiyyətcillik, Analitik düşüncə, Məxfilik prinsiplərinə riayət, Stress altında işləmə bacarığı, Təşkilatçılıq qabiliyyəti, Empatiya
Cinsiyyət: Qadın
Sertifikatlar
- CIPD
- SHRM-CP/SHRM-SCP
- PHR/SPHR
Əlavə üstünlüklər
✓ Rəqabətqabiliyyətli əmək haqqı
✓ Tibbi sığorta
✓ Peşəkar inkişaf və təlim imkanları
✓ Rahat iş şəraiti
✓ Korporativ tədbirlərdə iştirak
✓ Bayram və ezamiyyət günlərində əlavə ödənişlər